Yoluxucu xəstəliklər nədir?
Yoluxucu xəstəlikləri mikroorqanizmlər törədir. həmin törədicilərin bir xəstədən digərinə yoluxması ilə də xəstəlik yayılmağa başlayır. Buna görə də belə xəstəliklər yoluxucu xəstəliklər adlanır. Mikroorqanizmlərin insanoğlu ilə ilk əlaqələri ilk insandan başlamışdır. Yoluxucu xəstəliklərlə də təqribən elə o vaxtdan bəri insanlar xəstələnməyə başlamışlar. Bəzi mikroorqanizmlər vardır ki, onlar insan üçün faydalıdır. Onlar insan orqanizmində yaşayıb həm özləri faydalanır həm də insan üçün faydalı olurlar. Belə yaşayış növü simbioz adlanır. Əgər mikkroorqanizmlər zərər verirsə bu parazitlikdir. Bəzən iki müxtəlif orqanizmin birlikdə yaşamasından yalnız onlardan biri xeyir görür. Belə yaşayış növü kommensalizm adlanır.
Yoluxucu xəstəliklər bölümü tibbin sürətli inkişaf edən sahələrindəndir. Yeni mikroorqanizmlər, yeni virus əleyhinə dərmanlar, yeni antibiotiklər tapılır. Yoluxucu xəstəlikləri aktual edən odur ki, inkişafda olmasına baxmayaraq hələ də milyonlarla insan bu xəstəliklərdən əziyyət çəkir, bir neçəsinin hələ də tam müalicəsi yoxdur, insanlar və dünya dövlətləri bu xəstəliklərə hər il milyonlar xərcləyirlər.
Mikroorqanizmlər virus, bakteriya, göbələk, parazitlər, helmintlər və s. kimi qruplara bölünür. Buna uyğun yoluxucu xəstəliklər törədicilərinə görə qruplara bölünür. Yoluxucu xəstəliklərə infeksion xəstəliklər də deyilir. Latınca infectio yoluxucu deməkdir.
İnfeksion xəstəliklər çox geniş bölmədir. Hazırda insanın 1100`dən artıq infeksion xəstəliyi ətraflı öyrənilmişdir. Buna görə bu sahə üzrə mütəxəssislər çox vaxt bu bölmənin müəyyən hissəsi ilə məşğul olurlar.
Bu site`ı açmaqda məqsədimiz insanları bu xəstəliklər, onların simptomları, diaqnostikası və müalicəsi barədə məlumatlandırmaqdır.
Bu site`da aktual olan, ən geniş yayılan və insanları daha çox narahat edən müasir infeksion xəstəliklər barədə mümkün olan qədər ətraflı və ən son informasiyaları qeyd etmişik. İnşallah hər kəs üçün xeyirli olsun.