QRİP İNFEKSİYASI

Qrip quşların, məməlilərin və insanın virus mənşəli infeksion xəstəliyi olub RNT tərkibli ortomixoviridae ailəsinə məxsus qrip virusları tərəfindən törədilir. Əsas simptomları üşütmə, titrətmə, boğaz ağrısı, əzələ ağrıları, baş ağrıları, öskürək, zəiflik, yorğunluq və ümumi diskomfort hissidir.
Tez-tez qrip simptomları ümumi qripəbənzər xəstəliklərlə xüsusən ümumi soyuqlama ilə qarışdırılır. Ancaq yadda saxlamaq lazımdır ki, qrip daha kəskin xəstəlikdir. Qrip xüsusən uşaqlarda ürəkbulanma və qusma da verə bilər. Ancaq bu simptomlar çox zaman qastroenteritlə əlaqəli olur və yanlış olaraq “mədə qripi” və ya “24 saatlıq qrip” kimi adlandırılır. Tipik olaraq qrip hava damcı yoluyla öskürmə və asqırmaqla yoluxur. Qrip həm də birbaşa quş peyini (quş qripi), burun ifrazatı ilə təmasda olmaqla təmasda olmaqla yaxud çirklənmiş səthlərlə kontakt zamanı yoluxa bilər. İltihab əleyhinə dərmanlar əzələ oynaq ağrılarını, bel revmatik ağrıları götürmək üçün faydalı ola bilər. Asetylsistein xroniki və kəskin bronxopulmonar sindromu, Loratadin+pseudoepphedrine allergik rinit, burun tutulmalarını yüngüllədirir. Lakin, bu dərmanlar həkim təyinatı ilə qəbul olunmalıdır. Havada aerozollar yayılıb infeksiyanın yayılmasına səbəb olur. Qrip virusları günəş şuaları, dezinfektantlar və detergentlərin təsirindən aktivliyini itirir. Virusların sabunun təsirindən fəallığı azalır. Tez-tez əlləri sabunla yumaq infeksiya riskini azaldır. Qrip bəzən pnevmoniyaya da səbəb olur. Birbaşa viral ya da ikincili bakterial pnevmoniya inkişaf edə bilər. Əgər uşaqlarda (böyüklərdə də ola bilər) yaxşılaşmağa doğru gedərkən birdən yüksək qızdırma ilə xəstəliyin qayıtması qeyd olunursa bu ikincili bakterial pnevmoniyaya şübhə yaratmalıdır. Pnevmoniyanın digər qorxulu əlaməti isə tənəffüsün çətinləşməsidir. inkişaf etmiş ölkələrdə qripə qarşı vaksinasiya etmək mumkundur. İnsan vaksini trivalent influenza vaksinidir (TİV) hansı ki, 3 viral ştamdan alınan təmizlənmiş və inaktivə edilmiş antigenlər saxlayır. Bu vaksin 2A və 1B viral subtipindən ibarətdir. TİV xəstəlik yoluxmasında risk daşımır. A vaksini bir il üçün hazırlanır sonrakı ildə effektiv olmaya bilər. Neyraminidaza inhibitorlari olan qrip dərmanları digərləri arasında influenzanın mualicəsində daha çox istifadə olunan antiviraldır. Qrip dünyada mövsumi epidemiyalara səbəb olur, ildə təqribən 3-5 milyon insanın xəstələnməsinə səbəb olur. 20`ci əsrdə 3 qrip pandemiyası baş vermişdir. Bu hər dəfə yeni qrip ştamlarının meydana çıxmasına və 10 milyonlarla insanın ölümünə səbəb olmuşdur. Heyvanlardan insana yoluxma zamanı tez-tez yeni virus ştamlarının meydana çıxması müşahidə olunur. Quşları və donuzları yoluxduran yeni növlər əmələ gəlir.
A H1N1 qrip virusu (donuz qripi kimi tanınır ) ilkin olaraq meksikada ABŞ`də və digər bir neçə ölkədə bildirilmiş və həyəcan təbili çalınmışdır. ümumdünya səhiyyə təşkilatı 2009`cu il 11 iyunda bu qripin yayılmasının pandemiya olduğunu rəsmən elan etmişdir. ÜST`nın açıqlamasında göstərilmişdir ki, bu qrip növünün yayılma şiddəti və mortalitesi (ölüm faizi) adi qrip alovlanmalarından daha azdır.

ƏLAMƏTLƏRİ VƏ SİMPTOMLARI

Qrip təqribən 33% şəxsdə asimptomatik gedir. Simptomlar infeksiyadan1-2 gün sonra anidən başlayır. İlk simptom adətən üşütmə ilə özünü biruzə verir ancaq qızdırma da erkən başlayır. Bədən temperaturu 38-39 C ola bilər. Bir çox xəstə məcburən yataq vəziyyətində qalmalı olur. bütün bədəndə ağrılar olur, ağrılar bel və oynaqlarda daha şiddətli olur.

Qripin simptomlarına aşağıdakılar daxildir.

  •  Qızdırma

  • kəskin üşütmə

  • titrətmə

  • Öskürək

  • Burun tutulması

  • Burun axması

  • Asqırma

  • Ağrılar, xüsusən oynaq və boğaz ağrısı

  • Yorğunluq

  • Baş ağrıları

  • Qıcıqlanma, gözlərin sulanması

  • Gözlərin, üz dərisinin və burunun qızarması

  • Petexial səpkilər

  • Uşaqlardamədə bağırsaq əlamətləri-diareya, qarın ağrısı (influenza B uşaqlarda daha kəskin gedir)

Adi soyuqlama ilə qripi bir birindən ayırmaq ilkin mərhələdə çətinlik törədə bilər. Ancaq qrip qəfil başlayan yüksək qızdırma və həddən artıq yorğunluğun olması ilə fərqlənir. Qrip adi soyuqlama. pnevmoniya, bədən ağrıları, baş ağrısı və yorğunluq kimi simptomların qarışımıdır. Diareya böyüklərdə normal influenza simptomu deyil. Baxmayaraq ki, quş qripi adlanan H5N1 virusuna yoluxan bəzi şəxslərdə və adi qripdə uşaqlarda görülə bilər. Qripdə ən çox rast gəlinən və əsas simptomlar sağdakı cədvəldə göstərilmişdir. Bəzi antiviral dərmanlar əgər erkən mərhələdə verilsə qripdə effektlidir. Yuxarıda göstərilən simptomlar öskürmə qızdırma, boğaz ağrısı və burun tutulmasının kombinasiyası erkən diaqnostikanı asanlaşdıra bilər. 2 araşdırma aparılıb və təklif olunub ki, lokal qrip alovlanmalarında prevalentlik 70% in üstündə olan və simptomlar kombinasiyası olan belə xəstələr test olunmadan neyraminidaza inhibitorları ilə müalicəyə başlaya bilərlər. Hətta yaşlılarda mövsumi qrip alovlanmalarında prevantlik 15%`dən çox olduğu halda hətta yerli alovlanma yoxdursa belə mualicə aparıla bilər. Qrip virusunun diaqnostikası get gedə yaxşılaşır. CDC`yə görə hazırda sürətli diaqnostik testlər viral kultura ilə muqayisədə 70-75% sensitivliyə, 90-95% spesifikliyə mailkdir. Bu testlər qrip mövsümündə (prevalentlik=25%) xüsusi faydalı ola bilər.
Daha ciddi tərəfi qrip birbaşa viral yaxud ikincili bakterial infeksiyaya səbəb ola bilər. Aşkar simptomu tənəffüsün çətinləşməsidir. Əgər uşaqlarda xəstəlik yaxşılaşmağa doğru gedirsə və birdən yüksək qızdırmalı residivlər baş verirsə bu bakterial pnevmoniyanın əlaməti ola bilər.

VİRUSUN TİPLƏRİ
Qrip virusları RNA tərkibli orthomyxoviridae ailəsinə aiddir. Onların 5 növündən 3-ü insanlarda tapılır və onlar aşağıdakılardır.

-İnfluenza virus A
-İnfluenza virus B
-İnfluenza virus C
Bu viruslar uzaqdan insanın paraqrip virusu ilə əlaqəlidir hansı ki RNA tərkibli paramyxovirus ailəsinin üzvüdür. Uşaqlarda respirator infeksiyanın əsas səbəbidir – krup xəstəliyi (larinqotraxeobronxit) hürmə tipli öskürək, xırıltılı səs və boğulma və böyüklərdə isə qripəbənzər xəstəlik törədir.

İNFLUENZA A
Bu cinsin bir növü var: İnfluenza A virusu. Yabanı su quşları influenza A virusunun təbii sahibidir. Virus təsadüfən digər növlərə yoluxur və ev quşlarında alovlanmalara səbəb olur və insan qrip pandemiyalarına səbəb ola bilir. A tipi digər tiplər arasında ən virulent insan patogenidir və daha kəskin xəstəliyə səbəb olur. A qrip virusu antitellərinə əsasən subtiplərə bölünür. A tipli qrip virusları müxtəlif ştamları aşağıdakı pandemiyalara səbəb olmuşdur.
-H1N1-1918`də ispan qripinə və 2009`da donuz qripinə
-H2N2 1957`də Asiya qripinə
-H5N1 -2004`də quş qripinə
-H7N7-faydasız zoonotik yayılmaya
-H1N2 insanlarda, quşlarda, donuzlarda endemik epidemiyalara səbəb olmuşdur.

İNFLUENZA B
Bu cinsin bir növü var: İnfluenza B virusu. Bu növ sadəcə insanları yoluxdurur və influenza A`dan az yayılmışdır. Qripin bu tipi A tipindən 2-3 dəfə zəif mutasiya olunur buna görə daha az genetik fərqlilik göstərir, yalnız bir serotipi var.
Antigenik diversiyanın olmamasının nəticəsi kimi, influenza B`yə qarşı immunitet adətən erkən əmələ gəlir. Bununla yanaşı influenza B mutasiyaları imkan vermir ki, davamlı immunitet mümkün olsun. Bütün bunlara görə influenza b`nin pandemiyaları baş verməmişdir. (bu xüsusiyyəti pandemiyaların olmamasını qarantiləmişdir)

İNFLUENZA C
Bu cinsin bir növü var: İnfluenza virusu. Bu virus insanları, itləri, donuzları yoluxdurur. Bəzən kəskin xəstəliklərə və lokal epidemiyalara səbəb olur. Amma influenza C digər tiplərdən az yayılmışdır və adətən yüngül gedişli xəstəliyə səbəb olur (adətən uşaqlarda)

STRUKTURU
İnfluenza A, B, C bütün strukturuna görə bir-birinə çox oxşardırlar. Virus diametri 80-120 nm`dir və təxminən sferik formalıdır. Ancaq tel şəklində də ola bilər. tel şəkillilər daha çox influenza c`də olur və bu zaman uzunluqları 500 mkm`ə çata bilir. Forma dəyişikliklərinə baxmayaraq ümumi quruluş eyni olur. Viruslar xaricdən viral qişa ilə əhatə olunmuşdur. Bu 2 əsas qlikoproteindən ibarətdir. Bunlar mərkəzi nüvəni əhatə etmişdir. Mərkəzi nüvədə RNA genomu və digər mühüm proteinlər yerləşir. Onlar RNA`nı örtür və qoruyur. Onun genomu nuklein turlarının bir hissəsindən ibarətdir. O neqativ yüklü RNA`nın 7-8 hissəsindən ibarətdir. RNA`nın hər hissəsi 1 ya 2 gen saxlayır ki, onlar viral proteinləri kodlaşdırır. Məsələn influenza A genomu RNA`nın 8`i seqmentində 1 gen daşıyır. Onlar 11 proteini kodlaşdırır. Hemaqlutinin (HA), Neyraminidaza(NA), Nukleoprotein(NP), M1, M2, NS1, NS2, PA, PB1, PB1-F2 və PB2
HA və NA viral hissəciyin xarici səthində 2 böyük qlikoproteindir. Qrip virusu HA vasitəsilə hədəf hüceyrəyə bağlanır və ona daxil olur. NA isə virusun hüceyrə daxilində fəaliyyətini və çoxalmasını təmin edir. Bu proteinlər antiviral dərmanların hədəfidir. Onlar həm də antigendir və antitellərin əmələ gəlməsinə səbəb olur. HA və NA`a cavab olaraq əmələ gələn antitellərin əsasında influenza A virusu subtiplərə ayrılır. Məsələn H5N1. 16H və 9N subtipi məlumdur ancaq onlardan H1 H2 və H3 və N1 və N2 insanlarda daha çox tapılır.
Replikasiya (həkimlər üçün)
Virus yalnız canlı hüceyrədə çoxala bilir. Əvvəlcə virus hüceyrəyə bağlanır və ona daxil olur, oradan nüvəyə keçir. Orada viral proteinlərin və RNA`nın kopyasının əmələ gəlməsini təmin edir. Daha sonra o komponentləri yeni viral komponentlərə toplayır və ən sonda sahib hüceyrədən çıxır. Qrip virusu hemaqlutinin vasitəsilə burun, boğaz, məməlilərdə ağciyərlərin, quşlarda bağırsaqların epitelial hüceyrələrinin səthində sialik asid qlikozidə bağlanır. Sonra hemaqlutinin proteaza vasitəsilə parçalanır və virus huceyrəyə daxil olur (endositoz).
İntraselulyar detallar hələ də öyrənilir. O məlumdur ki, virionlar mikrotubul təşkil olunan mərkəzə yönəlir, asidik endosomlarla qarşılıqlı təsirə girir və sonda genomun azad olunması üçün endosomlara daxil olur. Hüceyrəyə daxil olan kimi endosomlarda olan asidik mühit 2 prosesə başlanğıc verir. Birinisi, hemaqlutinin proteinin hissəsi vakuol membranı ilə virus qişasını əridir, sonra isə M2 ion kanalları protonlara virus qişasını keçməyə imkan verir və virusun nüvəsini asidləşdirməyə imkan verir, bu da öz növbəsində nüvənin gizlənməsinə viral RNA və nüvə proteinlərinin sərbəst buraxılmasına səbəb olur. Viral RNA molekulları, iştirak edən proteinlər və RNA asılı RNA polimeraza sonra sitoplazmaya sərbəst buraxılır (mərhələ2)
M2 ion kanalları infeksiyadan qoruyan Amantadin dərmanı tərəfindən blokə olunur. Bu nüvə proteinləri və viral RNA kompleks formalaşdırır ki, bu da hüceyrə nüvəsinə keçir orada RNA asılı RNA polimeraza pozitiv yüklü tamamlayıcı viral RNA`nın transkripsiyasına başlayır (3a və 3b mərhələ). Bu viral RNA sitoplazmaya xaric olur və translyasiya olunur (4`cü mərhələ) ya da nüvədə saxlanılır. Yenicə sintez olunmuş viral proteinlər ya holci aparatı vasitəsilə hüceyrə səthinə sekresiya olunur (mərhələ 5b) ya da nüvəyə geri transport olunur ki, vRNA ya birləşsin və yeni viral genom partikli formalaşdırsın (mərhələ5a). Digər viral proteinlərin sahib hüceyrədə çoxlu funksiyaları var o cümlədən hüceyrə mRNA`nın deqradasiyası, vRNA`nın sintezi üçün azad olunmuş nukleotidlərin istifadəsi və sahib hüceyrənin mRNA`sının translyasiyasının inhibisiyası.
Mənfi yüklü vRNA gələcək virusların genomunu formalaşdırır. RNA asılı RNA polimeraza və digər viral proteinlər viriona toplanır. Hemaqlutinin və neyraminidaza molekulları hüceyrə membranında xususi formada toplanır. vRNA və viral nüvə proteinləri nüvəni tərk edib bu membranın çıxıntılarına daxil olur (mərhələ 6) Yetkin virus hüceyrenin fosfolipid membranı sahəsində (bu membran qlafı ilə neyramindaza ve hemaqlitin əldə eden) bu hüceyrədən ayrılır (mərhələ 7)
Virus HA vasitəsi ile hüceyrəyə yapışır. Yetkin viruslar onun NA sahib hüceyrənin sialic asidini parçalayan kimi ayrılır. Yeni infulenza viruslari azad olunan kimi sahib hüceyrəyə daxil olur. Çünki enzimleri kodlaşdıran RNA nın olması RNA asılı RNA polimeraza hansi ki, viral genomu kopyalayir və her 10 min nukleetidden bir RNA`nın uzunluğunda dəyişiklik verir. Bunun səbəbi antigenik drift`dir, hansi ki zamanla virus səthində antigenlərdə ləng dəyişmələr gedir. Virus genetikasinda sürətli dəyişmələrin nəticəsi antigenik sistleri əmələ gətirir. Antigenik sistlər bir antigeni digərinə qəfil dəyişdirir. Bu ani geniş deyişmeler imkan verir ki virus yeni toxuma növlərine yoluxsun ve protektiv immunitetin öhdəsindən gəlsin. Bu epidemioloji vəziyyətin nizamdan çıxmasında önəmli rol oynayır.

YOLUXMA MEXANİZMİ

qrip virusları yoluxduqdan 1 gün sonra simptomlar özünü göstərməyə başlayır və virus 5-7 gun ərzində azad olunur . İnsanlar yoluxmadan sonra 2 ve 3 gun ərzində çox yoluxucu olurlar. Virus yükü qızdırma ilə mütənasibdir. Ən yüksək qızdırma olanda virus yükü də yüksək olur. Uşaqlar böyüklərdən daha yoluxucu olurlar və virus yoluxmadan 2 həftə sonra simptomlar inkişaf edir. İnfluenza 3 əsas yolla yoluxur.
1. Birbaşa yoluxma (yoluxmuş şəxsin asqiraq seliyi birbaşa digər şəxsin gözünə, burnuna, ağzına düşərsə)
2. Hava damci yolu (yoluxmuş şəxsin asqıraq, öskürək ile yaranan aerozolu sağlam şəxslərin inhalyasiya etməsi ilə)
3. Kontakt yolu ilə. Virusla çirkli əllərin gözə, buruna, ağıza toxunması, və ya çirklenmiş səthlərdən ya da birbaşa şəxsdən məsələn görüşməklə yoluxma. Hava damcı yolunda damcılar insanların yoluxdurmaları üçün kifayət qədər kiçikdir. Onların ölçüləri 0.5-5 nm-dir. İnhale edilen bir damcı infeksiyaya səbəb ola bilər.
Bir asqıraqla 40.000 damci havaya sərbəst buraxılır. O damcıların ölçüsü kifayət qədər genişdir ve havada asanlıqla yayıla bilir.
Virusun o damcılarda nə qədər sağ qalması məsələsi isə nəmlik dərəcəsindən və ultrabənövşəyi şuaların olub olmamasından asılıdır. Qışda aşağı nəmişlik dərəcəsi günəş işığının intensivliyinin az olması onların sağ qalmasına kömək edir.
Virusun orqanizmdən kənarda ola bildiyi hallarda o çirklənmiş səthlərlə də yoluxa bilir. məsələn kağız pullar, qapı dəstəyi, işıq qoşucu və ayırıcıları və digər evə aid əşyalarla.
Virusun persisdə olma müddəti müxtəlif əşyalarda müxtəlifdir. Plastik və metal kimi sərt materialların (əşyaların) səthində 1-2 gün həyatını sürdürə bilir. Təqribən 15 dəqiqə dəri üzərində qala bilir. Bununla bərabər əgər virus selikdədirsə o uzun müddət qoruna bilir. (bankkomatlarda kağız pulda 17 günə qədər qalır). Quş qripi dondurulduqda qeyri-müəyyən müddətə sağ qala bilir. Bu viruslar uzun müddət öz həyat qabiliyyətini saxlayır. Onlar 56 dərəcə selsiyə qədər temperaturda və ya turşu təsirindən (PH= 2 mühitdə) 60 dəq-yə inaktivləşir.

PATOFİZİOLOGİYASI (həkimlər üçün)

İnfluenza viruslarının simptomları yaratma mexanizmi intensiv şəkildə öyrənilir. Mexanizmlərdən biri kortizol səviyyəsinin aşağı düşməsi nəticəsində adrenokortikotrop hormonun (AKTH) inhibə olunması ilə əlaqədardır. Genlərin Partikular hissəciklər tərəfindən daşınıldığı bilinir və bunlar virusun insana necə yoluxacağını və əlamətlərin necə kəskin olacağını müəyyən edir.
Məsələn prosesin hissəsi hansı ki, influenza virusunun hüceyrəyə daxil olmasına imkan verir. Bir neçə insan proteazalarından hər hansı biri tərəfindən viral hemaqlutinin proteinin parçalanmasıdır. Mülayim və avirulent virusların hemaqlutinin strukturu elədir ki, onlar yalnız boğaz və ağciyərlərdə tapılan proteazalar tərəfindən parçalanır. Buna görə viruslar digər toxumalara yoluxa bilmir. Bununla bərabər yüksək virulentli ştamlar məsələn H5N1 Hemoqlitinin daha müxtəlif proteazalar ilə parçalana bilir. Bu isə virusun bədənin müxtəlif yerlərinə yayıla bilir.
Viral hemaqlütinin proteini hansı nüvələrin yoluxa biləcəyinə və influenzanın insanda respirator traktın hansı hissəsinə bağlanacağına cavabdehdir. O nüvələr insanlar arasında asanlıqla yayılır. İnsanlarda hemaqlütinin proteinlər respirator traktın yuxarı hissəsindəki reseptorlara bağlanır, yəni burun, boğaz və ağız. Yüksək letallığı olan H5N1 növləri ağciyərlərin ən dərin yerlərində tapılan reseptorlara bağlanır. Yoluxma yerlərindəki fərqliliklərdən aydın olur ki, niyə H5N1 növləri kəskin viral pnevmoniyaya səbəb olur və insanlar tərəfindən asqırma və öskürməklə asanlıqla yoluxmur. Qripin əsas simptomları-qızdırma baş ağrısı,yorğunluq iltihabönü sitokinlərin və xemokinlərin (interferon və tumor necrosis factor) böyük miqdarının nəticəsidir- onlar influenzanın yoluxduğu hüceyrələrdən hasil olur. Rinovirus ümumi soyuqlamaya, influenza toxumaların zədələnməsinə səbəb olur, buna görə də simptomlar tamamilə iltihaba cavabdan irəli gəlmir. Bu massiv immun cavab həyati təhlükəli sitokin fırtınası sintez etməlidir. Bu effekt H5N1 quş qripi və 1918 pandemiyasının letallığının səbəbi olub. Bununla yanaşı sitokinlərin böyük miqdarının sadəcə viral replikasiyanın massiv səviyyəsinin nəticəsi bu növlər tərəfindən istehsal olunmuş və immun cavabın özünün xəstəlikdə hər hansı payı olmur.

İNFEKSİYADAN QORUNMA

infeksiyanın yayılmasının qarşısını almağa yönəlmiş tədbirlər:
Şəxsi gigiyena qaydaları- gözə, ağıza, buruna toxunmamaq, tez-tez əlləri yumaq (sabunla və ya qələvi əsaslı mayelərlə)
Asqırma və öskürmə zamanı ağızı əllə örtmək
xəstə insanlarla yaxın kontaktdan qaçınmaq
Xəstələrin evdə oturması, bayıra çıxmaması
Tüpürməkdən imtina etmək tövsiyə olunur.
Xəstələrə qulluq zamanı üz maskalarından istifadə etmək
Siqaret çəkmə qripə yoluxma riskini artırır. Xəstəlik simptomlarının daha kəskin olmasına səbəb olur. Çirklənmiş səthlərin dezinfeksiyası infeksiyadan qorunmada müəyyən qədər kömək edir. Dezinfeksiya məqsədilə spirt və ammonium birləşmələrindən birgə istifadə olunması yaxşı nəticə verir. Xəstəxanalarda ammonium birləşmələri və ağardıcılardan otaqların, cihazların dezinfeksiyasında effektiv istifadə edilir.

MÜALİCƏ

Qripli insanlara yaxşı istirahət etmək, çoxlu maye qəbul etmək, alkoqol və siqaretdən imtina etmək, əgər lazım olarsa dərman qəbul etmək məsləhət görülür. Parasetamol qızdırma, əzələ, oynaq ağrılarını yüngülləşdirmək üçün istifadə oluna bilər. Qrip simptomlu uşaqlar və yeniyetmələr yaxşı olar ki, aspirindən imtina etsinlər- influenza infeksiyası zamanı (xüsusən də influenza B) aspirin qəbulu Reye sindromuna səbəb olur, nadir hallarda qaraciyərin həyati təhlükəli zədələnməsi baş verir.
Qrip viruslar tərəfindən törədildiyinə görə antibiotiklər bu infeksiyada effektli olmur. Ancaq bakterial pnevmoniya kimi ikincili infeksiya baş verərsə təyin olunmalıdır.
Antiviral müalicənin qrip zamanı müəyyən müsbət effektləri olur. Ancaq bəzi influenza növləri standart antiviral dərmanlara qarşı rezistentlik göstərə bilir. Buna görə də qripin müalicəsi üçün daha keyfiyyətli antiviralların araşdırılması davam etdirilir.

ANTİVİRALLAR (həkimlər üçün)

Qrip viruslarına qarşı istifadə olunan antiviral dərmanların 2 sinifi var. Bunlar Neyraminidaza inhibitorları (oseltamivir və zanamivir) və M2 protein inhibitorlarıdır.
Neyraminidaza inhibitorları
Sağlam şəxslərdə neyraminidaza inhibitorlarının ümumi faydaları risklərdən daha böyük görünməməkdədir. Digər sağlıq problemi olanlarda isə ümumiyyətlə hər hansı faydası yox kimi görünür. Qrip xəstələrində simptomların davam etmə müddətini bu dərmanlar önəmsiz şəkildə azaldır (bir gündən az). Ancaq hospitalizasiya və pnevmoniya kimi ağırlaşmalar riskinə də hər hansı təsir göstərməsi də müşahidə edilmir.
İstehsalçının (Roche) müstəqil analizlər üçün çalışma materiallarını yayınlamasından imtina etdiyinə görə bu dərmanların 2013`cü ilə qədər yararları bilinməmişdir.
M2 İnhibitorları
Bu dərmanlar viral ion kanallarını (M2 protein) blokada edir və infeksiyalaşmış hüceyrələrdə virusa mənfi təsir göstərir. Bu dərmanlar erkən mərhələdə verilərsə İnfluenza A`da virusun qarşısını alır. Ancaq bu dərmanlar influenza B`də effektləri yoxdur çünki, o viruslarda bu dərmanların hədəfi olan M2 proteinlər yoxdur. Amantadin və Rimantadinə rezistentlik dərəcəsi H3N2 kulturasında ABŞ`də 2005`ci ildə 91%`ə çıxmışdır. Rezistentliyin belə yüksək olmasının səbəbi Amantadinin asan əldə oluna bilməsi və Çin və Rusiya kimi ölkələrdə soyuqlamaya qarşı da dərman kimi istifadə olunması ola bilər. Dərman rezistentliyinin yüksək səviyyəsinə görə 2005-2006 qrip mövsümündə CDC tərəfindən M2 inhibitorlarının istifadə olunmaması tövsiyə olunmuşdur.

PROQNOZU

Qrip soyuqlamadan daha uzun çəkir və daha kəskin gedir. Xəstələrin çoxu təqribən 1-2 həftəyə tamamilə sağalır ancaq bəzilərində təhlükəli ağırlaşmalar meydana çıxa bilir. Qrip zəif şəxslərdə, uşaqlarda və qocalarda, xronik xəstələrdə ağırlaşmalar verə bilir. Hamilə qadınlarda da ağırlaşmaların riski böyükdür. Siqaret çəkmə digər risk faktorudur.
ÜST`nın məlumatına görə hər il 10 milyonlarla insan qrip virusuna yoluxur.

EPİDEMİOLOGİYASI

Qrip xəstəliyi qışda özünün pik həddinə çatır və Şimal və cənub yarımkürələrində qış müxtəlif vaxtlarda olduğundan əslində ildə 2 müxtəlif qrip mövsümi olur. Buna görə ÜST hər il 2 müxtəlif vaksin hazırlamağı məsləhət görür.
uzun davam edən suallardan biri budur ki, nə üçün qrip alovlanmaları il boyu eyni tipli yəni dəyişməz deyil, mövsümi xarakter daşıyır. Bunun bir neçə izahatı verilmişdir. Bəzi alimlər bunu qışda insanların evdə çox qalmaları və daha çox kontakta olmaları ilə, bəziləri qış bayramı ilə əlaqədar şimal yarımkürəsinə səyahətin artması ilə əlaqələndirir. Digər danılmaz fakt soyuq temperaturda virusun daha çox sağ qalması ilə əlaqədardır. Qışda hava rütubətinin aşağı olması mülayim iqlimli regionlarda virusun yayılmasının əsas səbəbidir. Bununla yanaşı qrip bəzi tropik iqlimli ölkələrdə də yayılma göstərir. Bəzi ölkələrdə yağışlı mövsümlərdə pik nöqtəsinə çatır.
Qripin yayılmasının mövsümi xarakter daşıması haqqında daha maraqlı hipotezi 1965`ci ildə Robert Edqar Hope-Simpson irəli sürmüşdür. Bu ideyaya görə qripin qış mövsümündə yayılmasının səbəbi virusa qarşı immunitetdə rol oynayan vitamin D səviyyəsinin qış dövründə ən aşağı səviyyəyə enməsi ilə əlaqədardır. Belə ki, bu vitamin dəridə günəşin ultrabənöşəyi şualarının təsirindən əmələ gəlir. Qışda müxtəlif regionlarda o cümlədən yağışlı tropik bölgələrdə insanların daha çox evdə olması, günəşdən uzaq olması vitamin D səviyyəsinin düşməsinə səbəb olur.

EPİDEMİK VƏ PANDEMİK YAYILMA

Qrip xəstəliyi eyni adlı virusların müxtəlif ştamları və növləri tərəfindən törədilir. Bu növlərin bəziləri məhv olub gedə bildiyi halda, digərləri davamlılıq göstərib müəyyən epidemiyalara, başqa biriləri pandemiyalara səbəb olur. Adətən ildə 2 qrip mövsümi olur, hər yarımkürədə 1 mövsüm. Hər il 3-5 milyon insan kəskin xəstəliyə tutulur onlardan 500.000`ə qədəri dünyasını dəyişir. Yeni qrip virusları tədricən mutasiyalar nəticəsində meydana çıxır. Mutasiyalar virus səthində hemaqlütinin və neyraminidaza antigenlərində xırda dəyişikliklərə səbəb olur. Bu antigenik drif adlanır.

QRİP PANDEMİYALARI

İnsan qripinin simptomları hələ 2400 il əvvəl Hippokrat tərəfindən aydın təsvir olunmuşdur. İnsanlıq tarixi boyunca qrip epidemiyaları və pandemiyalar olmuşdur. İlk inandırıcı yazı 1580`ci ilə təsadüf edir. Bu pandemiya Rusiyada başlamış Avropaya və Afrikaya yayılmışdır. Romada 8000`dən artıq insan ölmüş və bir neçə ispan şəhəri yer üzündən silinmişdir. 17 və 18`ci əsrlərdə də müxtəlif pandemiyaları olmuşdur. 1830-1833`cü illərdəki pandemiyalar yayqın olmuşdur. Ən məşhur və letal alovlanma 1918`ci ildə ispan qripi adıyla tanınan pandemiya olmuşdur. Bu pandemiya A tipli H1N1 subtipli viruslar tərəfindən törədilmişdir. 1919`cu ilə qədər davam etmişdir. İspan qripi pandemiyası 50-100 milyon insanın ölümünə səbəb olmuşdur. Bu pandemiya tarixdə ən böyük və daha çox insanın ölümünə səbəb olan pandemiya kimi qalmışdır. Daha sonralar 1957`ci il Asiya qripi pandemiyası (A H2N2) və 1968`ci il Hong Kong qripi pandemiası (H3N2) baş vermişdir. Bunlar nisbətən kiçik olmuş ancaq milyonlarla insanın ölümünə səbəb olmuşdular. Bundan sonrakı epidemiya və pandemiyalarda mümkündür ki, antibiotiklər ikincili bakterial infeksiyaların qarşısını almış və letallıqları az olmuşdur.

HEYVANLARDA

A tip H5N1 tipli virus bir çox heyvanlara da yoluxa bilir. Quşlar bu influenza virusunun əsas rezervuarıdır. Hemaqlütinin 16, neyraminidazanın 9 forması mövcuddur. Bütün subtiplər quşlarda, subtiplərin bir çoxu da insan və heyvanlarda tapılmışdır. Donuzlarda, atlarda və itlərdə qrip simptomları insanınki ilə oxşardır: Qızdırma, öskürək və iştahanın itməsi.

QUŞ QRİPİ

Quşlarda qripin simptomları dəyişkəndir və spesifik deyil. Quşlarda qrip simptomları mülayim gedir. Yumurtlamanın azalması, arıqlama və çəkinin azalması. Bu simptomlarla diaqnoz qoyulması çətindir və yoluxmuş quşlardan nümunələrin labarator testi tələb olunur. H9N2 asiya qripi daha virulentdir, kəskin simptomlarla gedir və quşların ölümünə səbəb olur. Bu virus toyuq fermalarında daha sürətlə yayılır və böyük ekonomik zərərə səbəb olur.
H5N1 ştamlı `quş qripi` adlanan qrip virusları da endemik, xüsusən cənub-şərqi asiyada sürətli yayılmaya meyillidir. Bu qrip 10 milyonlarla quşların ölümünə səbəb olmuşdur. Bu qripin insana yoluxma halları olmuşdur ancaq insandan insana yoluxması sübutları yoxdur. Burada yoluxma insanın infeksiyalı quşlarla fiziki təması nəticəsində baş verir. Bu qrip 2006-2007 qrip mövsümündə böyük yayılma göstərmişdir və milyardlarla dollar ekonomik zərər vurmuşdur. 2013 cü il mart ayında Çin höküməti insanlarda 3 H7N9, apreldə 82 yoluxma halı qeydə almışdır.

DONUZ QRİPİ

Donuzlarda bu qrip öskürək, asqıraq, üşütmə, təngnəfəslik və iştahanın itməsi kimi simptomlar verir. Həm də aborta səbəb olur. Mortalitesi aşağıdır. Bu qripin insana yoluxması mümkündür. 2009`da donuz qripi H1N1 ştammları ilə baş vermişdir və donuzlardan insana yoluxmuşdur. 2009`da qrip pandemiyasına səbəb olmuşdur. O zaman H1N1 ştamları insanlarda, quşlarda və donuzlarda tapılmışdır.