KORONAVİRUS İNFEKSİYASI

 

Koronavirus nədir?

Çox da yeni olmayan bu viruslar 1960`cı illərdə tapılmışdır. Mikroskopda baxdıqda xarici görünüçcə taca bənzədiyi üçün koronavirus adlandırılıb.

Əlamətləri kəskin respirator virus infeksiyaları və qripin əlamətlərinə oxşardır.

Əslində çox da təhlükəli olmayan bu viruslara hər kəs həyatında ən azı bir dəfə yoluxur, diaqnostika olunmadığı üçün mövsümi qriplə əlaqələndirilir. Lakin dünyada korona virusla əlaqəli ciddi hallara da rast gəlinmişdir. 2002 və 2013`cü illərdə baş vermiş SARS və MERS sindromları dünyada epidemiyaya səbəb olmuş və kifayət qədər insanın ölümünə səbəb olmuşdur. Sonuncu 2019`cu ilin sonunda çinin vuhan şəhərindən başlayan epidemiya yeni koronavirus növü olub yüksək kontagiozluğa malik olmaqla dünyada sürətlə yayılır. Lakin bu virusun mortalitəliyi əvvəlki SARS və MERS epidemiyalarından aşağı olmaqla bərabər 2%`ə bərabərdir, yəni 100 xəstədən 2`sində bu virus ölümə səbəb olur.

Əlamətləri

Qızdırma, öskürək, ümumi halsızlıq, əzələ oynaq ağrıları, təngnəfəslik kimi əlamətlərlə gedir, ölümə səbəb olan pnevmoniya və ya böyrək çatışmazlığı ilə müşayiət olunan ağırlaşmalarıdır.

Necə qorunmaq?

Bu virusdan qorunmaq üçün panik olmamaqla yanaşı həm də xəstəliyin yayıldığı ölkələrə səyahət etməmək, əlləri tez tez yumaq, xəstə şəxslərlə təmasdan qaçınmaq, xəstəliyə şübhəli şəxslərlə qapalı yerlərdə olarkən tibbi maska taxmaq, spirt əsaslı əl dezinfektantlarından istiafadə etmək, qapalı yerlərdə yoluxmanın qarşısını almaq məqsədilə otaqların havasını ən azı gündə iki dəfə dəyişmək lazımdır.

Vaksin

Vaksin işlənib hazırlanıb, yaxın vaxtlarda virusun çox yayıldığı ölkələrdə vaksinasiya başlanacaq. Vaksinasiya virusun yayılmasını əhəmiyyətli dərəcədə azaldacaqdır.

Müalicəsi

Spesifik müalicəsi yoxdur, simptomatik müalicə aparılır. Qızdırma 38 dərəcədən yuxarı olarsa qızdırma salıcılardan istifadə etmək, vitamin preparatları içmək, istirahət etmək, çoxlu maye , isti çay qəbul etmək, vitaminlə zəngin qidalar qəbul etmək lazımdır.