Hepatit c müalicə qiyməti

Bizdə hər şey şəffafdır. Məqsədimiz insanlara keyfiyyətli, rahat, münasib qiymətə tibbi xidmət göstərməkdir. Artıq 14 ildir bu məqsədlə əhaliyə xidmət etməkdən qürur duyuruq. Saytımızda həm analizlərin həm müalicə həm də dərmanların qiymətləri ilə tanış ola bilərsiniz.

Biz hepatit c virus infeksiyasının müalicəsini dövlət qeydiyyatından keçmiş, tarif şurası ilə qiymətləri tənzimlənən, keyfiyyətli dərmanlarla aparırıq. Bu bizə həm qiymətin daha münasib olması, həm də dərmanların keyfiyyətli olması barədə təminat verir. Hepatit c virus infeksiyasının müalicə qiyməti aşağıda göstərilən xərclərdən ibarətdir.

1. Həkim konsultasiyası

Hepatit c müalicəsi üçün həkim ödənişi 50 AZN təşkil edir. Müalicə müddətində (3 ay ərzində) 1 dəfə ödənilir.


2. Analizlər

  • PCR HCV RNA Kəmiyyət – 105 AZN
  • PCR HCV RNA Genotip – 65 AZN (son vaxtlar çox hallarda ehtiyac olmur)
  • ALT, AST, ALP, GGT – 32 AZN
  • Hemogram – 15 AZN
  • Elastometriya müayinəsi (səhər acqarına olunur) – 80-150 AZN

Qeyd: yuxarıda göstərilən analizlər minimal analizlərdir, qaraciyərin irəli dərəcəli xəstəliklərində əlavə analizlərə ehtiyac olur.


3. Dərmanlar

Dərmanların 1 aylıq müalicə kursu üçün 230-380 AZN tutur, ümumi müalicə kursu 3 aydır.

[instagram-feed]