Əl-ayaq-ağız xəstəliyi

 

Əl-ayaq-ağız xəstəliyi kəskin virus xəstəliyidir. Ağızda vezikulyar səpkilər şəklində özünü göstərir. Ancaq əllər, ayaqlar, sağrı və genital nahiyələr də prosesə cəlb oluna bilər. Coxsackievirus A tipi tərəfindən törədilir (CVA 16). Koksakivirusların digər növləri də xəstəlik törədə bilər. İnfeksiya fekal oral yolla və dəri səpkiləri habelə ağız suyu ilə kontakt zamanı yoluxur. Əl-ayaq-ağız xəstəliyi adətən mülayim gedən 7-10 günə sağalan xəstəlikdir. Nadir hallarda davamlı ola bilər. Ciddi ağırlaşmalar da nadirdir. Ən həssas qrup 10 yaşa qədər uşaqlardır. Onlar xəstəliyə tez yoluxur və digər ailə üzvlərini də yoluxdururlar. Təmas yolu ilə yoluxur.
Əlamətləri
Aşağıdakı əlamətlər rast gəlinə bilər:
• Ağız və boğazda vezikulyar səpkilər
• Çox hallarda səpkilər həm də əldə, ayaqda, sağrı nahiyəsində və genital bölgədə olur
• Halsızlıq
• 24-48 saat davam edən 38-39 C qızdırma
• Nadir hallarda qusma

Diaqnozu
Xəstəliyin klinik əlamətlərə görə diaqnoz asanlıqla qoyulur. Labarator müayinələrə adətən ehtiyac olmur. Ancaq aşağıdakı müayinələr oluna bilər.
– Səpkilərdən və nəcis nümunəsindən kultura və immunoassay ilə izolə oluna bilər.
– Seroloji testlər
– PCR
Müalicə
Spesifik virus əleyhinə müalicə yoxdur. Dəstəkləyici terapiya aparılır.
– Dehidratasiyanın qarşısını almaq üçün maye qəbul etmək. Soyuq mayelərə üstünlük verilməlidir.
– Acı və turş maddələr diskomfort hissi yaratdığı üçün ondan uzaq durulmalıdır.
– Kəskin hallarda venadaxili məhlullara ehtiyac ola bilər.
– Qızdırma antipiretiklərlə düşürülə bilər.
– Ağrı standart doz ağrıkəsicilərlə müalicə olunur.

 

Görüntünün olası içeriği: yazı
📱 (050) 273-93-05
📍 Bakı şəhəri, Medikus Klinikası
[instagram-feed]