Məqsədimiz hepatitlər və digər yoluxucu xəstəliklər barədə xəstələri ən üst səviyyədə maarifləndirmək və hepatitlərin ölkəmizdə eliminasiyasına nail olmaqdır. Biz sizin üçün burdayıq. Yoluxucu xəstəliklərlə bağlı bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Suallarınızı cavablandıracayıq.
Dr. Mərdan Əliyev 2003`cü ildə yüksək balla (612.4) Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsinə daxil olmuşdur. Universiteti Müvəffəqiyyətlə bitirib 2009-2011`ci illərdə Yoluxucu Xəstəliklər ixtisası üzrə internatura kursu keçmiş, Türkiyədə ixtisaslaşmışdır. 2011`ci ildə Hərbi Həkim kursunu uğurla bitirib Tibb Xidməti Leytenantı dərəcəsi almışdır. 2011-2013`cü illərdə Silahlı Qüvvələrin Ön Xəttə yerləşən N saylı Hərbi Hissəsində Hərbi Həkim vəzifəsində çalışmışdır. 2013`cü ildən Şamaxı Müalicə Diaqnostika Mərkəzində, 2016`cı ildən Bakı şəhəri, Medikus Klinikasında çalışır. Ölkə daxilində və xaricində bir çox kurslarda olmuş və müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycanda virus hepatitləri o cümlədən hepatit b və hepatit c infeksion xəstəliklərini yeni, düz təsirli antiviral dərmanlarla müalicə edən ilk həkimlərdəndir. Virus Hepatitləri və digər İnfeksion Xəstəliklər sahəsində müxtəlif araşdırmalar aparır və onların müasir müayinə və müalicəsi ilə məşğul olur. Yoluxucu xəstəliklər və qaraciyər xəstəlikləri üzrə mütəxəssisdir.
Təhsil:
- 2003-2009. Azərbaycan Tibb Universiteti, Müalicə Profilaktika Fakultəsi
- 2009-2010. Yoluxucu Xəstəliklər ixtisası üzrə İnternatura Kursu
- 2010. Türkiyə, Samsun, 19 Mayis Universiteti Enfeksiyon Hastalıkları Kursu
- 2011. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi, Hərbi Həkim kursu
- 2015. Bioloji Əməkdaşlıq Proqramı, ABŞ`ın təşkilatçılığı ilə, Xüsusi Təhlükəli Patogen İnfeksiyaların Tanınması kursu, Təlimçi Kennedy Gauger.
- 2019-2020. Türkiyə, İstanbul, Marmara Universiteti Xəstəxanasında Yoluxucu Xəstəliklər və Qaraciyər Xəstəlikləri bölümlərində tibbi staj
Müalicə etdiyimiz Xəstəliklər:
- Hepatitlər (A, B, C, D)
- Qaraciyər xəstəlikləri
- Sarılıq Xəstəlikləri
- Qızdırmalı xəstəliklərin differensial diaqnostikası və müalicəsi
- Kəskin respirator virus infeksiyaları
- Koronavirus infeksiyası
- Pnevmoniyalar
- Bruselyoz
- Sidik yolları infeksiyaları
- Cinsi infeksiyalar
- Qurd xəstəlikləri
- Parazitar xəstəliklər
- İshallar (infeksion)
- Digər infeksion xəstəliklər
Faydalı Linklər:
HEPATİTLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT
Bizi Sosial Şəbəkələrdə İzləyin
ÜSTÜNLÜKLƏRİMİZ
- Avropa müalicə standartları
- Ən effektiv dərmanlarla müalicə
- Telefon və whatsapp ilə daim dəstək
- Ən münasib qiymətlər
- 100% sağalma
Sağlamlığınızı peşəkarlara etibar edin!
Ünvan: Medikus Klinikası, Şərifzadə küç. 55. Yasamalda 3 saylı ASAN xidmətin yanında yerləşir.
Telefon: (050) 273-93-05
XƏSTƏLƏRİMİZİN HAQQIMIZDA DEDİKLƏRİ
Təqribən 1 il əvvəl pasientimiz olmuş Vüqar Hüseynova bizi dəyərləndirdiyi üçün təşəkkürümü bildirirəm. Bakı şəhərində bir çox həkim hepatoloqlarda olmuş ümidini itirmiş şəkildə bizə müraciət etmişdi. Mən onu tamamilə sağaldacağımı söz verdim o da söz verdi ki, sağalsa youtube videosu çəkəcək. Tamamilə sağaldı və söz verdiyi videonu çəkdi.
Video 1
Video 2