Dünyanın ən güclü zəhəri

Bu gün sizə kobra zəhərindən 100 milyon dəfə daha toksik olan dünyanın ən güclü zəhərindən danışacam. Bu zəhərin bir qramı bir milyon insanı öldürmək potensialına malikdir. Bu təhlükəli xüsusiyyətinə görə bioloji silah kimi də istifadə edilmə riski də daşıyır. Bu zəhərlə bir gün hər birimiz qarşılaşa bilərik təəssüf ki. Söhbət ev şəraitində düzgün hazırlanmayan konservlərdə oksigensiz mühitdə inkişaf edən botulizmdən gedir.  Botulizm çöp şəklində anaerob (yalnız oksigensiz mühitdə inkişaf edən) bakteriyalardır. Onların hazırladıqları toksin sinir sistemində sinir keçiriciliyini təmin edən asetilxolini blokada etməklə sinir və əzələlərin işini pozur. Paralic və tənəffüs əzələlərinin iflici insan üçün ölümcül olur. 

[instagram-feed]