İmmunitet View this post on Instagram 🔴ANTİTELLƏRİN QURULUŞU – çay xərçənginə oxşayır. İmmunitetimiz orqanizmə düşmüş mikrobları və digər təhlükəli maddələri belə zərərsizləşdirir. ℹ️Antitellər orqanizmə düşmüş yad maddələrə, mikroblara qarşı yaranan xüsusi proteinlərdir. B limfositlər tərəfindən sintez olunur. 📢Anticisim, antitel, antitoksin, immunoglobulin eyni terminlərdir. ✔️İgM izotiplər içində ən böyük molekul çəkisinə malik olanıdır. 900 Kilodalton, odur ki intravskulyar sahə ilə məhdudlaşır. ✔️İgG serumda ən çox rast gəlinən izotopdur. Yüksək sintez olunma sürəti (25mg/kg/gün) və uzun yarılanma ömrü (23 gün) var. Bu göstərici digərlərindən 4-10 dəfə çoxdur. İg G insan plasentasından fetusa daşınan tək izomerdir. Ağırlığı 150 KD`dur (kilodalton). ✔️İgA submukozal B hüceyrələri tərəfindən sintez olunur. Bağırsaqda qida antigenlərinə bağlanıb iltihabönü hərəkətləri önləyir. Bu prosesin çatışmazlığında allergik əlamətlər başlayır. ✔️İgE yarı ömrü 2 gündür. Serumda az miqdardadır. Must hüceyrələrə bağlandıqda uzun müddət (7 gün) qalır və allergik reaksiyaların başlanılmasına cavabdehdir. İgE`nin parazitar infeksiyalarda müdafiə rolu var. Bağırsaq helmintlərinin təmizləməsi üçün must hüceyrələri gərəklidir. #immunitet #infeksiya #yoluxucuxestelikler #antiteller A post shared by DR. MƏRDAN ƏLİYEV (@infeksionist_hepatoloq) on Aug 30, 2019 at 12:41am PDT Bunu paylaş:TwitterFacebookBunu beğen:Beğen Yükleniyor... İlgili