Hepatitler

Virus hepatitləri qaraciyər iltihablanması törədən qaraciyərin virus mənşəli xəstəlikləridir. Lap qədim dövrlərdən məlum olub hələ hippokrat tərəfindən simptomları təsvir edilmişdir. Ancaq 20 əsrin sonlarında öyrənilmiş, virus mənşəli olduqları və bu virusların növləri aydınlaşdırılmışdır. Hazırda 5 növü məlumdur və əlifba sırası ilə A,B,C,D,E adlandırılır. Hər növün özünə məxsus xüsusiyyətləri var.

Klinik simptomları

Virus hepatitləri kəskin başlayır, xəstəlik 6 ay ərzində ya tamamilə sağalır ya da tam sağala bilməyib xronik formaya keçir. Yəni 6 aydan çox davam edirsə artıq bu xroniki xəstəlik hesab olunur və sağalma ehtimalı sıfıra yaxın olur. A və E hepatitlərinin kəskin forması yoxdur və kəskin mərhələdə tamamilə sağalır. B və C hepatitləri isə xronikləşməyə meyilli olur.

Virus hepatitləri aşağıdakı klinik formalarda gedir
1. Asimptomatik forma.  Xəstələrdə heç bir klinik əlamət müşahidə edilmir. Kəskin hepatiti xəstələr xəbərləri olmadan gizli şəkildə keçirirlər.
2. Sarılıqlı forma: gözlər, dəri və selikli qişalar saralır. Xəstələrdə yorğunluq, halsızlıq, iştahın itməsi, ürəkbulanma və qusma müşahidə edilir. Bəzən bədən hərarəti yüksəlir.
3. Fulminant forma. Buna ildırımsürətli forma da deyilir. Qaraciyər hüceyrələrinin sürətli sitolizi qaraciyər çatışmazlığına və ölümə gətirib çıxarır. Bu daha çox hepatit b`yə ikincili hepatit d virusu qoşulanda və hamilələr hepatit E xəstəliyinə yoluxanda baş verir.
4. Xroniki forma. Ləng gedişli xəstəlikdir və bir neçə ilə qaraciyər sirrozunun və hepatoselulyar karsinomanın əmələ gəlməsinə səbəb olur.

Diaqnostikası
diaqnozu qanda hepatitlərin antitellərinin, hepatit b virusunun isə antigeninin təyininə əsaslanır. Qanda bu markerlərin kart test və ELİSA metodu ilə tapılması xəstəliyi təstiqləyir. Bundan sonra dəqiqləşdirmək və müalicəyə başlamaq üçün spesifik analizlər olunur.
Aşağıdakı cədvəl virus hepatitlərini müqayisəli şəkildə daha yaxşı izah edir.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s