HEPATİTLƏR

VİRUS HEPATİTLƏRİ BARƏDƏ QISA MƏLUMAT


Virus hepatitləri dünyada geniş yayılmış yoluxucu xəstəliklərdəndir. Hepatit virusları tərəfindən törədilir. Bu viruslar hepatotrop olduqları üçün demək olar ki, yalnız qaraciyər hüceyrələrinə girib orda yaşayırlar və onun zədələnməsinə səbəb olurlar. Çox geniş yayılmışdır. Dünyada təqribən 200 milyon insan və ya dünya əhalisinin 3 %`i hepatit c virusuna yoluxmuşdur. Hər il 3-4 milyon şəxs bu virusa yoluxur. Hepatit B virusuna da bundan bir qədər çox rastlanmaqdadır. Hər ikisi qan vasitəsilə asanlıqla yoluxur Hepatit c virusları canlılardan yalnız insanları və şimpanzeləri yoluxdurur. 28 iyul dünya hepatit günüdür. Çoxları virus hepatitlərinin müasir xəstəlik olduğunu düşünür amma bunların tarixi çox qədimdir və bu xəstəliklərin əlamətləri hələ Hippokrat tərəfindən də təsvir olunmuşdur. Ancaq mümkündür ki, onların yayılması üçün lazım olan şəraitin olması və get-gedə artması virus hepatitlərinin sürətlə yayılmasına səbəb olmuşdur. Hər iki hepatit qanla yoluxa bilir, lakin hazırda faktiki olaraq hepatit b`nin əsas yoluxma yolu cinsi yol, hepatit c`nin narkomanlar arasında damardaxili dərman inyeksiyalarıdır. Ölkəmizdə hepatit b/hepatit c nisbəti 3.6%/3.3% təşkil edirdi, lakin bu nisbət narkomaniyanın artması ilə əlaqədar hepatit c virus infeksiyasının xeyrinə dəyişməkdədir.

Bu barədə hər hansı suallarınız olarsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Dr Mərdan Əliyev

İnfeksionist Hepatoloq

Tel. (050) 273 93 05

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s